Türkiyə Bakı-Tbilisi-Qars ilə yükdaşımaları artırır
Tarix: 07.11.2021 / 14:13 •
Oxundu: 87 dəfə •
Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yükdaşımaların həcmini artırmaq niyyətindədir.
İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu “Anadolu” agentliyinə müsahibəsi zamanı məlumat verib.
O qeyd edib ki, hazırda yükdaşımalarının həcmi 1 milyon 360 min tonu ötüb. Ankara bu göstəricini ortamüddətli perspektivdə ildə 3,2 milyona, uzunmüddətli perspektivdə isə 6,5 milyon tona çatdırmağı planlaşdırır.
Nazir əlavə edib ki, Ankara BTQ vasitəsilə Çin-Türkiyə marşrutu üzrə qısa müddətdə 100, orta müddətdə isə 200 yük qatarının hərəkətini təmin etməyi qarşısına məqsəd qoyub.
Qeyd edək ki, uzunluğu 829 km olan dəmir yolu 2017-ci ildə istifadəyə verilib