Bu gün:


Nazim İdeal: Məhkəmə hakimiyyətinin Ali məqsədi...

Tarix: 12.11.2021 / 13:21  •   Oxundu: 341 dəfə  •  

Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlunun 8 Sentyabr 2021-ci il tarixli qətnaməsi, Sabunçu Rayon Məhkəməsinin hakimi Hacıyev Zaur Arif oğlunun 15 Sentyabr 2021-ci il tarixli qərardadı bu günə kimi ünvanına yetişməyib.

Bu uşaqları kimə tapşırım ki,başları üzərində dayanıb qanun kitablarını oxutsunlar.

Başa salsınlar ki,qanun kitabları rəfləri,stolları bəzəmək üçün deyil,İnsan və Vətəndaş hüquq və əsas azadlıqlarının əsas prinsiplərini, müdafiəsini,məhkəmə təminatını reallaşdıran vacib elementlərdəndir.

Məsələn 2 aydan artıqdır ki, çıxardıqları qərarları ünvanıma göndərməyən, sabotaj edən Tural-Zaur cütlüyü autentik Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
227.1. Məhkəmə qətnaməsi elan edilənədək tərtib olunmalıdır.
227.2.Müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır.Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan edir.

227.3.Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir.
 maddələrini öyrənməlidirlər.

Məhkəmə hakimiyyətinin Ali məqsədinin fəlsəfəsi  Vətəndaşa xidmət olmalıdır,diskresion həll edilməsi yolverilməzdir!

Rüşvət-Korrupsiya-Sifariş,Direktivlər,Nepotizm,Amoralizmin Dövlətçilik İdealları ilə heç bir əlaqəsi yoxdur.