Bu gün:


Hərbçilərimizə hücum edən erməni terrorçunun kimliyi bilindi

Tarix: 13.11.2021 / 11:28  •   Oxundu: 214 dəfə  •  

Bu  gün səhər saatlarında Xankəndi-Şuşa yolunda Azərbaycan Ordusu ilə Rusiya sülhməramlı kontingentinin birgə postlarından birində terror aktı baş verib.
 
Yük maşınında posta yaxınlaşan erməni milliyətindən olan şəxs gözlənilmədən qumbara çıxararaq postun Azərbaycan hərbçiləri dayanan hissəsinə atıb. Vaxtında ərazidəın uzaqlaşa bilən hərbçilərimiz ciddi xəsarətlər almadan qurtulublar.
 
İlkin ehtimallara görə, hadisaəni törədən şəxsin adı Norayrdır və o, Xankəndi şəhər sakinidir. Onun terror aktı üçün istifadə etdiyi qumbara isə RQD-5 qumbarasıdır.
 
Hazırda sülhməramlılar terrorçunu saxlayıblar.