Bu gün:


Tovuzda itkin düşən ana və beş yaşlı oğlu tapılıb

Tarix: 14.11.2021 / 15:02  •   Oxundu: 190 dəfə  •  

Tovuzda itkin düşən ana və 5 yaşlı oğlu tapılıb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
 
Bildirilib ki, Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyab ayının 30-da yaşadığı Aşağı Quşçu kəndindəki evdən çıxaraq bir daha geri qayıtmayan Tacirə Aslanova və onun övladı Nihat Quliyevin yeri Bakı şəhərində müəyyən edilərək ailəsinə təhvil verilib.