Bu gün:


İki türk ölkəsi ordularını Əfqanıstanla sərhədə yığdı

Tarix: 20.11.2021 / 14:03  •   Oxundu: 95 dəfə  •  

Özbəkistan və Qazaxıstan Silahlı Qüvvələrinin birgə təlimi başlayıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə Özbəkistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Tərəfdaşlıq-2021” adlı təlim Özbəkistanın Əfqanıstanla sərhəddə yerləşən Termez şəhərində keçirilir.

Noyabrın 24-dək davam edəcək birgə təlimdə hər iki ölkənin hərbçiləri quruda birgə hərəkət, düşmənə qarşı döyüş və silahlı dəstələrin aşkar edilərək zərərsizləşdirilməsi üzrə təcrübələrini inkişaf etdirəcəklər.