Bu gün:


Bərdədə faciə: Ana və iki yaşlı oğlu öldü

Tarix: 25.11.2021 / 16:34  •   Oxundu: 234 dəfə  •  

Bərdədə ana və azyaşlı övladı dəm qazından zəhərlənərək ölüb.
 
Hadisə bu gün şəhərin Sənaye küçəsindəki beşmərtəbəli yaşayış binasında baş verib. 
 
Belə ki, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Ayşən Yusifova Eldəniz qızı və övladı 2019-cu il təvəllüdlü Tunar Əliyev Vüsal oğlu Bərdə rayonunda yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
 
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.