Bu gün:


Ağcabədidə polis və ailə üzvləri yanaraq öldü

Tarix: 02.12.2021 / 09:55  •   Oxundu: 276 dəfə  •  

Ağcabədi rayonunun Hindarx qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib.

Əraziyə FHN-nin Ağdam və Ağcabədi rayonlarının yanğından mühafizə bölməsinin maşını və əməkdaşları və FHN- Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisə baş verən evdə 3 nəfər yanaraq ölüb.

Bunlar 1990-cı il təvəllüdlü Miri Firdovsi oğlu Kərimov, 10 aylıq oğlu Pünhan Miri oğlu Kərimov və 1994-cü il təvəllüdlü Halə İsa qızı Kərimovadır. Həlak olanlar bir ailənin üzvləridir. Miri Kərimov Post Patrul Xidmətinin komandiridir.