Bu gün:


Avropa Şurasının Baş katibi Ceyhun Bayramovun Qarabağla bağlı müraciətini cavablandırdı.

Tarix: 23.11.2020 / 16:05  •   Oxundu: 103 dəfə  •  

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramovun Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç Buriçə ünvanlandığı məktuba cavabında AŞ Baş katibi 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edib. Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsi məlumat yayıb.
Bildirilib ki, AŞ Baş katibi razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.