Bu gün:


Japarov: Seçkidə saxtakarlıq sübut olunsa, istefa verəcəm

Tarix: 03.12.2021 / 14:48  •   Oxundu: 87 dəfə  •  

Noyabrın 28-də ölkədə keçirilən parlament seçkilərinin saxtakarlıqla keçirildiyi sübuta yetirilərsə, istefa verməyə hazıram.

Bunun Qırğızıstan Prezidenti Sadır Japarov deyib.

“Əgər MSK, bütün məntəqə seçki komissiyalarının üzvləri bəyan etsələr ki, hakimiyyət tərəfindən təzyiqlər olub və onlar səsləri oğurlamaq məcburiyyətində qalıblar, mən dərhal istefa verəcəyəm”, - Prezident bildirib.

Onun sözlərinə görə, səsvermənin nəticələrinin saxtalaşdırılması texniki cəhətdən mümkün deyil.