Prezident iki mərtəbəli evini imkansızlara hədiyyə etdi...
Tarix: 02.10.2021 / 08:44 •
Oxundu: 170 dəfə •
Bundan sonra rüşvətxor məmurların əmlakı, villaları ehtiyacı olan vətəndaşların xeyrinə müsadirə ediləcək...
Qırğızıstan Prezidenti Sadir Japarov ailəsinə məxsus evi rəsmi olaraq dövlət satış şirkətinə təhvil verib. Həmin daşınmaz əmlakın satışının gəlirindən ehtiyacı olanlara mənzil almaq üçün istifadə ediləcək.
İDEAL Media.az xəbər verir ki, Qırğızıstan mediası bu haqda dövlət başçısının administrasiyasının saytındakı məlumata istinadla informasiya yayıb.
Qeyd olunur ki, Sadir Japarov iki mərtəbəli kottecin sənədlərini dövlət şirkətinin rəhbəri Aida Toloqonovaya şəxsən təhvil verib və onun təhvil verilmiş daşınmaz əmlakın parametrləri ilə tanış edib.
Prezidentin sözlərinə görə, ailəsi bu evi 2005 -ci ildə alıb və 5 il sonra ailə başqa yerə köçüb. O andan etibarən kottec uşaq bağçası kimi istifadə olunur.
Sadir Japarov bildirib ki, hədiyyə mənzilə gerçəkdən ehtiyacı olanlara kömək məqsədi ilə edilib.
Prezidentin sözlərinə görə, korrupsiyaya qarşı mübarizə Qırğızıstanda mənzil probleminin həllinə də kömək edəcək. Həmin mübarizə çərçivəsində rüşvətxor məmurların əmlakı, o cümlədən evləri, villaları ehtiyacı olan vətəndaşların xeyrinə müsadirə ediləcək.
Xatırladaq ki, bir müddət öncə əvvəl Qırğızıstanda yeni ipoteka proqramı işə salınıb. Onun çərçivəsində dövlət sektorunun işçilərinə hazır mənzil alışı üçün illik 4%-lə kredit verilir.