Bu gün:


NATO və AB üzvləri türk PUA-ları ilə maraqlanır

Tarix: 04.12.2021 / 16:36  •   Oxundu: 69 dəfə  •  

Polşa Türkiyədən PUA aldı. İlk dəfə bir NATO və Avropa Birliyi (AB) üzvünün arsenalına türk PUA-larını əlavə etməsi vacib hadisədir.

İDEAL Media.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Beynəlxalq iclaslarda bir çox ölkənin nazirləri məndən müdafiə sənayesi sahəsində Türkiyənin niyə bu qədər uğur qazandığını soruşur. Çünki Türkiyənin mühəndisləri, alimləri çox savadlıdır. Hazırda NATO və AB üzvləri Türkiyə PUA-ları ilə maraqlanır. Bəzi plkələrlə bu məsələlər barədə danışıqlarımız davam edir. Bu gün bölgəmizdə daimi sülh üçün pəncərə açılırsa, Türkiyə müdafiə sənayesi məhsullarının oynadığı rol göz qabağındadır”, - XİN başçısı bildirib.