Bu gün:


BMT Qarabağda minaların təmizlənməsi üzrə missiya yerləşdirmək üçün çalışır.

Tarix: 24.11.2020 / 11:41  •   Oxundu: 112 dəfə  •  

BMT-nin Mina Aksiyası Xidməti (UNMAS) digər bölmələrlə birlikdə Dağlıq Qarabağda təcili yerləşdirmə üzərində işləyir.
“RİA Novosti”nin məlumatına görə, bu barədə BMT-nin Sülhməramlı Əməliyyatlar Departamentinin nümayəndəsi bildirib.
Tərəflərin ehtiyaclarının qiymətləndirilməsi üzrə missiyanın dekabrın əvvəlindən fəaliyyətə başlaması gözlənilir.
“BMT-nin Mina Aksiyası Xidməti (UNMAS) digər BMT qurumları və ərazidəki qrupla koordinasiyalı şəkildə tərəflərin tələb etdiyi BMT yardımı kontekstində təcili yerləşdirmə üzərində işləyir”, - deyə qurumun nümayəndəsi bildirib.