Bu gün:


Aziz Sancar: “Arzu etmişdim ki, Şuşada namaz qılım”

Tarix: 06.12.2021 / 12:18  •   Oxundu: 110 dəfə  •  

“Mənim üçün Qarabağ Zəfəri Türkiyənin Qurtuluş Savaşından sonra türk dünyasının ən önəmli qələbəsidir”.
 
Bu sözləri Nobel mükafatçısı Aziz Sancar mətbuat nümayəndələri üçün keçirilən brifinqdə deyib.
 
O, 44 gün ərzində gecə-gündüz müharibə ilə bağlı məlumatları izlədiyini deyib:
 
“Şuşa səfərim ən yadda qalan oldu. Şuşa Azərbaycanın Mədəniyyət Şəhəri adlanıb. Mən arzu etmişdim ki, Şuşa azad olunsun ora gedib namaz qılacam. Şükürlər olsun ki, bu arzuma çatdım”.