Döyüşlər olacaq, Qazaxın kəndləri... - Avaqyan 2 gün sonra olacaqları açıqlayır
Tarix: 13.12.2021 / 17:23 •
Oxundu: 192 dəfə •
Dekabrın 15-dən sonra sərhəddə atışmalar kəskinləşəcək.
Bu barədə Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş qondarma “fövqəladə hallar naziri” Boris Avaqyan deyib.
Onun sözlərinə görə, bu, Paşinyan və “dostları” tərəfindən planlaşdırılan prosesdir: “Atışmalarda ölənlər və yaralananlar olacaq. Bundan sonra Paşinyan parlamentdə çıxış edəcək, Tavuşun 6 kəndinin (burada Qazaxın işğal altındakı 7 kəndi nəzərdə tutulur) təhvil verilməsini səsverməyə çıxaracaqlar və qaytaracaqlar. Ondan sonra Paşinyan xalqa deyəcək ki, bütün günah ruslardadır, onlar buna məcbur edir”.
Qeyd edək ki, dekabrın 15-də Azərbaycan və Ermənistan rəhbərliyi arasında Brüssel görüşü keçiriləcək.