Mariya Zaxarova: “Bakı və İrəvana səbir arzulayıram”
Tarix: 24.12.2021 / 15:53 •
Oxundu: 380 dəfə •
Bakı və İrəvan 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin gələcəkdə də həyata keçirilməsinə və ciddi şəkildə riayət olunmasına sadiqdirlər.
Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Mariya Zaxarova Qarabağ münaqişəsini ən çətin, uzunmüddətli və qanlı münaqişələrdən biri adlandırıb.
Cümə günü brifinq zamanı rusiyalı diplomat Ermənistan və Azərbaycana sülh və qarşıdurmanın həllində səbir arzulayıb.
“Mən Ermənistana və Azərbaycana, o cümlədən Rusiya tərəfi də daxil olmaqla işləyən bütün ekspertlərə, yerdəki vəziyyəti hər hansı yeni fəsadlardan qoruyanlara, ilk növbədə, sülh, səbir və bu işdə uğurlar arzulayıram. Ən uzun sürən, mürəkkəb və qanlı münaqişələrdən birini həll etmək çox çətin missiyadır”, - Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ümid etdiyini bildirib ki, bütün tərəflər səy göstərsə, hər şey nəticə verəcək.
O bildirib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli saziş ümumilikdə keçən il ərzində yerinə yetirilib. Zaxarovanın sözlərinə görə, Bakı və İrəvan onun bütün müddəalarına əməl etmək və ciddi şəkildə riayət etmək öhdəliyinə sadiq qalırlar.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi 44 gün sonra - noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan liderləri - Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyevin imzaladığı ataşkəs bəyanatı ilə başa çatıb. Münaqişə zonasında atəşkəsə nəzarət etmək üçün Rusiya sülhməramlı kontingenti Qarabağda yerləşdirilib.