Bu gün:


Yorğana bürünüb foto çəkdirdi, tənqid olundu

Tarix: 26.12.2021 / 17:54  •   Oxundu: 106 dəfə  •  

Aktrisa Bergüzar Korel sosial media hesabında "Səhər makiyajla oyanıb yorğana bürünməyən "lohusa" da (doğuşdan sonra qadının yaşadığı 6 həftəlik müddət) nə bilim..." şərhi ilə yeni fotolarını paylaşıb.

Yorğana bürünən aktrisanın şəkilləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Müxtəlif maqazin səhifələrində tənqid olunan fotolara Bergüzarın hesabında mənfi şərh gəlməməsi də diqqət çəkib.

Bir müddət əvvəl ana olan aktrisanın ünvanına "Elə bil ancaq uşaq dünyaya gətirmək özəlliyi ancaq ona verilib, gülməli görünür", "Bu da Hürrem kimi davamlı olaraq uşaq dünyaya gətirir", "Əvvəllər sevirdim, amma son vaxtlar çox iyrənc olub. Necə hörmətli və yetkin biri idi", "Tənqid etmək fikrində deyiləm, sanki bu qadın gənc olanda daha ağırbaşlı idi" kimi şərhlər yazılıb.

Qeyd edək ki, aktyor Halit Ergençlə ailəli olan Bergüzar ötən ay üçüncü övladını dünyaya gətirib.