Bu gün:


Türkiyəyə qarşı bu hücum ötən həftə çökdü

Tarix: 28.12.2021 / 08:38  •   Oxundu: 118 dəfə  •  

XXI əsr Türkiyənin əsridir. Hər böhrandan nadir ölkələr uğurla çıxa bilər. Bu ölkələrdən biri də Türkiyədir.
İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Nurəddin Nəbati deyib.

O bildirib ki, Türkiyəyə qarşı aparılan psixoloji əməliyyat 20 dekabrda çökdü:
“20 dekabr tarixi bir gündür. Prezidentimizin dəyanətini və etibarlılığını gördük. Valyuta hücumlarını bazar ertəsi (20 dekabr –red.) dayandırdıq”.

Nazir əlavə edib ki, bu tarixə qədər daim psixoloji təzyiqlər mövcud idi və dolların 20 lirə olacağı yönündə dezinformasiyalar yayılırdı:
“Saxta xəbərlərlə insanları valyutadəyişmə məntəqələrinə yönləndirirdilər”.