Bu gün:


“Alov qüllələri”nin qarşısında partlayış: xəsarət alanlar var

Tarix: 30.12.2021 / 12:21  •   Oxundu: 101 dəfə  •  

Səbail rayonunda, “Alov qüllələri” otelinin qarşısında partlayış olub.

İDEAL Media.az xəbər verir ki, orada yerləşən sütunun içindən keçən qaz xətti partlayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.