Bu gün:


Hibrid avtomobillərin idxalı və satışı vergidən azad edildi

Tarix: 01.01.2022 / 08:26  •   Oxundu: 143 dəfə  •  

Bu gündən hibrid avtomobillərin Azərbaycana idxalı və satışı vergidən azad edilib.

İDEAL Media.az-ın xəbərinə görə, bu, Vergi Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.

Belə ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2 500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergidən azad edilib.