Bu gün:


Bunları reklam edənlər 50 min manat cərimələnəcək

Tarix: 01.01.2022 / 08:35  •   Oxundu: 220 dəfə  •  

Bu gündən Azərbaycanda stimullaşdırıcı lotereyaları reklam edənlər 50 min manat cərimə ediləcək.

İDEAL Media.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə əksini tapıb.

Belə ki, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimələnəcək.