Bu gün:


Makron: Virus yayılır və güc toplayır

Tarix: 01.01.2022 / 08:51  •   Oxundu: 89 dəfə  •  

Ümid edirəm ki, 2022-ci il pandemiyanın sona çatacağı il olacaq.

İDEAL Media.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.

“2022-ci ilə optimist yanaşıram. Ola bilsin ki, 2022-ci il pandemiyanın sona çatdığı il olacaq. Buna sizinlə birlikdə inanmaq istəyirəm”, - deyə prezident bildirib.

Buna baxmayaraq, Makron əlavə edib ki, növbəti həftələr yoluxma sayının artması səbəbindən Fransa üçün çətin olacaq: “Virus yayılır və güc toplayır”.