Bu gün:


Daha bir ölkədən Azərbaycana dəstək — Lukaşenko Fransa prezidentini "TOPA TUTDU"

Tarix: 01.10.2020 / 18:30  •   Oxundu: 123 dəfə  •  

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistan-Azərbaycan təmas xəttində baş verən silahlı qarşıdurma ilə bağlı rəsmi Bakıya dəstəyini nümayiş etdirib. 

idealmedia.az xəbər verir ki, Aleksandr Lukaşenko Fransa prezidenti Emmanüel Makronu qərəzli mövqeyinə görə sərt şəkildə tənqid edib.

Fransa prezidentini "yetişməmiş siyasətçi" adlandıran Lukaşenko deyib ki, 2 il əvvəl "sarı jiletlilər" Paris küçələrində kütləvi etiraz nümayişləri keçirən zaman Emmanüel Makron da istefa verməli idi:

"Amma nədənsə Fransada həmin demokratik prinsiplər ayaqlar altına alındı və cənab Makron hələ də prezidentdir. İndi Fransa tez-tez kütləvi etirazların baş verdiyi bir ölkəyə çevrilib. Həmçinin, Fransanın Marsel və Lyon şəhərlərində müsəlmanlar tez-tez etirazlar edirlər. Yaxşı olar ki, Emmanüel Makron başqa dövlətlərin daxili işlərinə qarışmaq əvəzinə öz daxilindəki problemlərin həlli ilə məşğul olsun".

Qeyd edək ki, Fransa prezidenti Emmanüel Makron Azərbaycanı öz ərazi bütövlüyü uğrunda apardığı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb və açıq şəkildə işğalçı Ermənistanı müdafiə edib.