"Fransa NATO-dan çıxsın, Rusiya ilə..."
Tarix: 04.01.2022 / 15:12 •
Oxundu: 57 dəfə •
“Fransa NATO-dan çıxmalıdır, bizim əsas portnyorumuz Rusiyadır”.
Bunu Sosialist İtaətsiz Fransa (LFİ) Hərəkatının lideri və prezidentliyə namizəd Jan-Lük Melenşon bəyan edib.
O bildirib ki, NATO-dan çıxmağın tərəfdarıdır və Rusiyanı düşmən etməyin əleyhinədir.
Prezidentliyə namizəd Tvitter hesabında “Mən NATO-dan çıxmaqdan yanayam, gərginliyin azaldılması lazımdır” ifadəsini yazıb.
“France Inter” radiosuna da açıqlama verən Melenşon NATO-dan çıxmağın ABŞ-ın hərbi avantüralarına qarışmamaq üçün bir fürsət olduğunu bildirib: “Rusiya bizim portnyorumuzdur, onun düşmən edilməsinə qarşıyam. Rus liderə verilən sözə xəyanət edilməsinə qarşıyam. Onlara NATO-nun Rusiya sərhədlərinə dayanmayacağına dair söz vermişdilər”.
Solçu lider eyni zamanda Ukraynanın NATO-ya üzv edilməməsinin vacibliyini deyib. O, həmçinin “Soyuq müharibəyə” qarşı çıxış edir.