Bu gün:


Azərbaycanda "Omicron" ştammı ilə bağlı son xəbər

Tarix: 05.01.2022 / 17:11  •   Oxundu: 128 dəfə  •  

Azərbaycan Respublikasında yayılmış SARS-CoV-2 virusunun genetik xüsusiyyətlərinin müəyyən edilməsi məqsədilə hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Tibbi Genetika bölməsində sekvenləşdirmə çalışması aparılır.
 
İdeal Media.az xəbər verir ki, bu barədə Mərkəzdən bildirilib.

Qeyd olunub ki, bu çalışmada üstünlüyü sanitar-epidemioloji xidmətin araşdırmasına əsasən “xaricdə yoluxan” kimi dəyərləndirilmiş COVID-19 PZR test nəticəsi pozitiv olan şəxslər təşkil etməklə, xəstəliyə təkrar yoluxmuş şəxslər, eləcə də təsadüfi seçim əsasında populyasiya arasından COVID-19 PZR test nəticəsi pozitiv olan şəxslərin nümunələri tədqiq edilir.
 
Diqqətə çatdırılıb ki, bu günədək aparılmış çalışmada "Omicron" variantı ilə uyğun nəticələr aşkar edilməyib.