Nazim İdeal: Dövlətlə bacarmaqdan ötrü DÖVLƏT olmaq gərəkir!
Tarix: 09.01.2022 / 17:28 •
Oxundu: 212 dəfə •
Rusizmin mahiyyəti təkcə irqçilik deyil, başlıcası İslam dünyasının zəif düşməsi uğrunda barışmaz mücadilədir.
Mən Rusları qorxaq millət olaraq tanımışam.
İstər hərbi xidmət zamanı,istərsə də 1990-cı il, 20 yanvar dönəmində...
1988-ci ilin 4 İyununda Qorki Vilayəti, Dzerjinski rayon, Mulino qəsəbəsində yerləşən artilleriya briqadasının 5-ci batareyisanında təlimə ("uçebka") başladım. Vzvodda Məndən başqa əslən Şəki şəhərindən olan və Volqaqradda ali təhsil alan Sərxan Abdullayev və Qəbələli Xasməmmədov Əfqan təmsil olunurdu.
Spesifikasiyanı birinci günü tutdum.
Komandirin müavinləri ("zam kom vzvod") Şpilçuk, Dançuk, İvanov və Smirnov ayrı-ayrılıqda Məni qəbul edib, profilaktik söhbətlər apardılar.
Necə ki, ölkəmizdə hər şeyini icarəyə vermiş xoşqeyrət-xoşqədəmlər Millətə əxlaq dərsi keçməyə məsul edilmişlər. 2-ci günü "prisyaqa" qəbul etməsəmdə 5 mərtəbəli korpusun 3-cü mərtəbəsində "dnivalnı" naryadına yazdılar. Gecə saat 2-də ştıknojla arxa hissədə "Politbiro ÇK KPSS" yazılmış tablonun üzərinə çəkilmiş salafanı kəsib Əliyevi axtardım. Əvvəllər Qorbaçov,Aliev,Qromıko,Qrişin..., sıralama da Alievin fotosu üzərinə Vorotnikovun fotosu vurulmuşdu.
5 mərtəbəli kazarmanın hər bir etajında Alievin fotosu bərpa edildi. Sübh tezdən kapitan Krılov içəri daxil oldu və mənzərəni görüb heyrətləndi.
Səsinin tonunu qaldırıb, cinayət etdiyimi ifadə etdi və Məni kabinetə aparıb üzərimdəki "ştıknoju" götürdü. Həmyerlilərim Sərxan və Əfqan çox narahat idi. Dedim ki, narahat olmayın, öz şəklimi vurmamışam ki....
Nə isə...
Ümumi Briqadanın yığıncağı meydanda təşkil edildi və rus-dili müəllimim Mustafa Qəhrəmanova oxşar komandir briqada bariton səslə "Kursant Kuliev, ko mne"
Kombat işarə etdi ki, tez cərgədən çıx və qaça-qaça get məruzə et...
Cərgədən çıxıb sərbəst şəkildə addımlayırkən, komandir əsəbi şəkildə kombatı yanına çağırdı və Mənə görə danlasada....
Məhvərimi dəyişmədim və həyatda tək ehtiyat etdiyim Şəxsə deyəcəyim sözüm var idi...
Nə isə dizbata hazırlanacaq sənədlərimi Ştabın rəisi Lev Ter-Petrosiyana həvalə etdilər.
Artıq sərbəst bir həyata başlamışdım!?
Barəmdə erməni istintaqı gedirdi.....
Ramiz Mehdiyev və onun lakeyləri bilsəydilər ki, gələcəkdə İdeal Media yaradıb onu de-şifre edəcəm öz sülhməramlı qüvvələrini-ella-zara-səbirə-tənzilə-havanisə-elmira-natəvan-gülnar-göyçək-ağgül-ŞEYLA-nı Mulina qəsəbəsinə göndərib Qollarımı qandalladardı....
Lev Ter-Petrosiyanın ilk sualı bu oldu:
-Heydər Əliyevi şəxsən tanıyırsan?!
-Yox!
-Bəs niyə həyatını risk altında qoyursan?
-Risk həyatımın altındadır.
-Heçmi qorxmursan?
-Atamdan bir də Vucdanımdan qorxuram ki, Məni sapıqlıqda mühakimə edər?
-Sən Azərvaycanın hansı bölgəsindənsən?
-....
Son nəticədə Ulyanovskidə yaşayan Əmimoğlu Elman konyakla məsələni yoluna qoydu. Bu söhbət ətrafımızdakı briqadalara da çatmışdı və hər şey ürəyimcə idi. Lakin orda da şenoklar çox idi...Arxamca danos verilirdi ki, axşamlar kazarmada qalmır, qəsəbədə...
Nəhayət uçebka başa çatdı və imtahanların zamanı gəldi...
Hamısından əla qiymətlər qazansam da kursun sonunda verilməli olan kiçik və ya serjant "liçkası" Mənə yasaq edilmişdir.
Oranında öz amaşovu,həsənovu,mehdiyevi,qaralovu var idi...
Nəhayət sonuncu imtahanımız "s veş meşkom" 15 km kross yarışı...
4.000 nəfərlik briqada da 1-ci yeri mən, 2-ci yeri dağıstanda yaşayan dobrınin, üçüncü yerə xaxol Malyarçuk məşğul etdik. Erməni Lev coşa gəldi və düzənindən asılı olmayaraq Məni kiçik serjant liçkasıyla "rütubətləndirdi". 3 gün uvalneniyadan sonra Əfqanıstana getmək arzum puç oldu və erməni Məni Almaniyaya göndərmiş və şəxsi işimdə ermənilərə yad olan doğru ifadələr yazmışdı. 20 gün ərzində Mənimlə birlikdə Almaniyanın Viştok şəhərinə göndərilmiş 8 nəfər serjantın hamısı sıravi əsgər edilsə də Kombriq Bandarenka növbədənkənar "Starşina" rütbəsi verdi. 3 vzvoda komandanlıq edirdim.170 nəfərin içərisində 7 azəri, 2 ədəd erməni var idi. Ümumi briqada da 4000 əsgər arasında 80 marka aylıq məvacib və patrul kimi şəhərləri dolaşmaq kart-blanşı yalnız Mənə verilmişdi.
30 gündən sonra 120 nəfərlik Azərilərin Millət başçısı seçildim;
52 gündən sonra briqada da olan 12 ədəd ermənini ştab rəisi qarışıq briqadadan çıxardılar.
Milli-siyasi kimliyimiz,qürurumuz yaşamaq stimulunu artırırdı.Mən imlə eyni dövrdə istər "uçebka" da, istərsə də "voycka"da xidmət etmiş dostlarım dövlətimizin çox mötəbər və möhtəşəm yerlərində layiq olduqları vəzifəyə məsuldurlar. Mənim dəyərim döyüş yerlərində, hərbi xidmətdə, zindanda daha çox açığa vurub, nəin ki...
Yaddaşımın yaşıdı olanları nədən yazdım.
Mən olan yerdə nə rusu,nə xaxolu,nə çeçeni komandir,söz sahibi olmayıb və olamazda...
Hər dəfə hansısa bir Türk soylu Qardaşımıza qarşı Rusizmin mənfur planlarının acılarını gördükdən, hiss etdikdən sonra, ehtiraz,ehtiras damarların coşa gəlməsi alkaşın qeyrətə gəlməsi kimi bir şeydir!
Bir nəfər Türk 30 ədəd rusdan daha güclüdür və cəsurdur!
Millət olaraq, səsimizə, soyumuza qənim kəsilmiş rasizmin qol-qanad açması, hələ də dominantlıq etməsi cəsarət məsələsi deyil, cəsusluq məsələsidir.
Yəni ki, milli sapıqlar neçə ki, ölkəmizdə "söz sahibi, nümunə,peşəkar mütəxəssis" və.s, kimi kütlə şüuruna sırıdılacaq, rasizmin Türk qüruruna metastaz etməsi labüddür!