Bu gün:


Təhsil Nazirliyi universitetlərdən gələn tələbə şikayətləri üçün qaynar xətt ayırmadı

Tarix: 10.01.2022 / 19:44  •   Oxundu: 314 dəfə  •  

İdeal Media.az xəbər verir ki, Təhsil Nazirliyi Çağrı Mərkəzlərinin əlaqə nömrələrində dəyişiklik edib. Dəyişikliyə əsasən, Çağrı Mərkəzinin əlaqə nömrələri konkret xidmət istiqamətləri yenilənib.

Yenilənən nömrələr aşağıdakı kimidir.

146-3 - Müəllimlərin işə qəbulu, iş yerinin dəyişdirilməsi, daimləşməsi və sertifikasiya ilə bağlı
146-4 - Məktəblərdə avadanlıq, bağlantı və şəbəkə üzrə texniki dəstək üçün
146-5 - Psixoloji yardım almaq istəyənlər üçün
146-6 - Təhsil Nazirliyinin Çağrı Mərkəzi ilə əlaqə yaratmaq üçün

Göründüyü kimi, Təhsil Nazirliyi ali təhsil müəssisələrində imtahan sessiyası olmasını gözardı edərək universitetlərlə bağlı şikayətlərin artma ehtimalını nəinki nəzərə alıb, ümumiyyətlə bu sahə üzrə qaynar xətt nömrəsi təyin etməyib.

Rüfət Kamil