Metrodakı basabasın əsas səbəbi - Foto
Tarix: 11.01.2022 / 17:51 •
Oxundu: 71 dəfə •
Günün pik saatlarında ən çox sıxlıq yaşanan metrostansiyaları "28 may", "Koroğlu, "20 yanvar" və "Elmlər Akademiyası"dır.
Bu barədə İdeal Meida.az-a daxil olan şikayətdə bildirilib ki, metrostansiyada çıxış üçün 2 ekskalator olsa da, yalnız biri işləyir. Bu hal həm pandemiya qaydalarının kobud şəkildə pozulmasına və vətəndaşların sıxlığına, həm də yubanmaya səbəb olur.
Qeyd edək ki, eyni problem hər gün qoşa ekskalator olan bir çox metrostansiyada yaşanır.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov redaksiyamıza açıqlamasında bildirib ki, ekskalatorların iş rejimi stansiyanın infrastrukturunda aparılmış monitorinqlərin nəticəsinə uyğun tətbiq olunur:
“Pandemiya dövründə vəziyyət bir qədər fərqli olduğuna görə gün ərzində bir neçə dəfə monitorinq aparılır, onun əsasında qərarlar qəbul olunur. Sərnişin axınında tez-tez dəyişiklik baş verir. Stansiyalar üzrə zərurət yarandığı halda 2 istiqamətdə qoşa ekskalatorlar işləyir, lakin qoşulması vaxt aparır. Ekskalatorlara avtomatik olaraq baxılmalıdır. Bu, bir neçə dəqiqə vaxt aparır deyə, ikinci ekskalator qoşulanda artıq sərnişin seyrəkliyi yarana bilir. Stansiyalarda belə ani halların olması mümkündür. Məsələn, “Elmlər Akademiyası” stansiyasında 08:00-dan 09:30-a qədər müntəzəm olaraq 2 ekskalatorun qoşulması vacibdirsə, sıxlığı nəzərə alaraq 30 dəqiqə vaxtı uzadırıq”.
O qeyd edib ki, vaxtın uzadılması üçün sözügedən stansiyada, eləcə də digər stansiyalarda sıxlıq bir neçə gün davamlı müşahidə olunmalıdır:
“Belə halların baş verməməsinə maksimum nəzarət olunur. Bundan əvvəl “Sahil”, “İçərişəhər” stansiyalarında da eyni hal yaşandığına görə ekskalatorların iş rejimində dəyişiklik edilib. Xüsusən dərin özüllü stansiyalarımız ciddi nəzarətdədir. Ekskalator olmayan stansiyaların özündə belə əvvəlki dövrlə müqayisədə sərnişin axınında fərq var. Bir qədər mürəkkəb proses olsa da, hamısı nəzarətdədir”.