Bu gün:


Ərdoğan ilk peyvəndin tətbiqi ilə bağlı müjdəni verdi

Tarix: 25.11.2020 / 17:42  •   Oxundu: 49 dəfə  •  

“Gələn ayın sonlarına doğru ilk peyvənd tətbiqini edə biləcəyimizə ümid edirik”.
Asmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Milli Məclisdəki qrup toplantısında çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, əgər epidemiyanın yayılmasının qarşısını ala bilməsək, daha ağrılı tədbirlər tətbiq etmək məcburiyyətində qala bilərik:
“Bunun üçün millətimdən səbr və dəstək gözləyirəm. Maska, sosial məsafə, təmizlik qaydalarına nə qədər ciddi əməl etsək, digər tədbirə daha az ehtiyacımız olar. İnkişaf etdirilən bütün koronavirus vaksinlərini yaxından izləyirik, bəzilərini əvvəlcədən sifariş vermişik. Gələn ayın sonlarına doğru ilk peyvənd tətbiqini edə biləcəyimizə ümid edirik. Ən əsası, Türkiyə istehsalı olan peyvəndimizlə əlaqədar da əhəmiyyətli bir yerə gəlmişik. Ən gec aprel ayında yerli istehsalı olan peyvəndi ən uyğun şərtlər daxilində bütün insanlığın xidmətinə təqdim etmək niyyətindəyik”.