Bu gün:


Qərbin Rusiyaya vuracağı “ölümcül zərbə” Ermənistana da DƏYƏCƏK

Tarix: 02.02.2022 / 13:11  •   Oxundu: 71 dəfə  •  

Son zamanlar Qərb və ABŞ tərəfindən Rusiyaya qarşı “SWIFT”dən kənarlaşdırmaq hədələri səsləndirilir.

İDEALMedia.az xəbər verir ki, bu təhdid Moskvaya yönəlik hər il təkrarlanır və maliyyə bazarında ən sərt təhdidlərdən hesab olunur. Çünki bununla beynəlxalq hesablaşmalar çətinləşdirilir.

İri ticarət tərəfdaşının təcrid olunması bütün dünya iqtisadiyyatına zərbə vura bilər. Bəs bu hədə-qorxu reallaşacaqmı?

İlk olaraq, “SWIFT”in nə olduğuna baxaq. 

“SWIFT” – informasiya mübadiləsi və əməliyyatlar üzrə beynəlxalq banklararası sistemdir. 1973-cü ildən fəaliyyət göstərir. Hazırda bu sistemə 220 ölkədən 11 min kredit təşkilatı, o cümlədən 1000-ə yaxın korporasiya qoşulub. Sistemin orta günlük dövriyyəsi təxminən 32 milyona bərabərdir.

Sistemdən kənarlaşdırılmaq isə kifayət qədər radikal addımdır. Bu, hər hansı bir şəkildə valyuta ilə əlaqədar olan bütün sahələrə öz təsirini göstərəcək.