QANUNLARI DOĞRAYAN QAYDALAR…
Tarix: 08.02.2022 / 11:38 •
Oxundu: 523 dəfə •
Bu gün Abşeron məhkəməsində İDEAL partiyasının başqanı Nazim Quliyevin iddiası üzrə cavabdeh “Omar” Atçılıq klubuna qarşı iddia üzrə məhkəmə prosesi keçirilmişdir. Ötən ilin may ayından Sabunçu rayon məhkəməsindən hakim Zaur Hüseynov sədrliyi ilə start götürülən məhkəmə işi Abşeron rayon məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə davam etdirilməkdədir. Məhkəmənin bu qədər uzanmasına başlıca səbəb cavabdehin hakimiyyətin yuxarı eşalonunda təmsil olunanlarla ortaqlıq münasibətində və eyni zamanda əvvəllər özünün böyük iş adamı olması və.s amillərlə bağlıdır. Məhkəmə zamanı oda məlum olmuşdur ki, "Omar" Atçılıq klubunun prezidenti Natiq Zeynalov Məhəmmədli və 2-ci sovxoz ərazisində 120 hektardan artıq torpaq sahəsini özününküləşdirmiş, hətta həmin ərazidə yerləşən qanunla qadağan edilmiş 10 hektardan böyük bir ərazidə yerləşən gölü hasara almış və həmən gölün üzərində "Omar" Atçılığ klubuna gələn müştərilərin əylənməsindən ötrü bütün infrastruktur yaradılmışdır.
Mübahisə predmeti sahibkarın məkanına gedən əsas magistral yolun bağlanması, xəbəri və razılığı olmadan giriş darvazasının çıxarılıb atılması və bu kimi məhdudiyyətlər fonunda, xüsusilə yolsuzluq səbəbindən heç bir iş görülə bilməmək, vurulmuş maddi və mənəvi ziyan önəm daşıyır…
İddia üzrə sənədlər ekspertizaya göndərildi.
