Bu gün:


Şəkər xəstələrinə"buster" doza mütləqdir

Tarix: 08.02.2022 / 12:22  •   Oxundu: 116 dəfə  •  

Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ölkəmizdə proses aktiv getdiyinə görə artıq vaksinasiyadan keçənlərin arasında yoluxma sayı, xəstəliyin ağır gedişatlı formaları və ölüm sayı azalıb.
 
İDEALMedia.az -ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Səbinə Məşədiyeva bildirib.
 
Həkim qeyd edib ki, hər 3-4 aydan bir COVID-19-un yeni ştamları aşkarlanır:
 
"Təbii ki, bütün sağlam insanlar kimi, şəkərli diabet xəstələri də yeni ştamlara yoluxur. Ancaq şəkərli diabet xəstələrinin immun sistemi zəif olduğuna görə, onlar bu infeksiya ilə aktiv mübarizə apara bilmir. Ağır gedişli formalara və ölüm hallarına həkimlər məhz yanaşı xroniki xəstəlikləri olan xəstələrdə rast gəlirlər.
 
Şəkərli diabet xəstələri COVID-19-a qarşı peyvəndləmə kampaniyasında fəal iştirak etməlidirlər. İlk növbədə endokrinoloqun qəbulundan keçib, tam müayinə olunub və kompensasiya dövründə COVID-19 peyvəndi vurdurmalıdır. Planlı şəkildə hər şəkərli diabet xəstələri 6 aydan bir həkim-endokrinoloqun qəbulunda olmalıdırlar. “Check-Up” müayinə keçəndən sonra həkim qərar verir ki, pasient ikinci dozanı və yaxud “buster” dozanı vura bilər, yoxsa yox.
COVID-19-un “Omicron” variantı sürətlə bütün dünyada yayılır. Bunu nəzərə alaraq, kompensasiya dövründə olan şəkərli diabet xəstələri mütləq ikinci dozadan və yaxud xəstələnib sağaldıqdan 5 ay sonra üçüncü doza ilə peyvənd olunmalıdırlar".
 
Nazirlik rəsmisinin sözlərinə görə, peyvəndin ikinci dozasından sonra 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevral ayının 15-dən sonra etibarlı hesab edilməyəcək.