Bu gün:


Blinkeni Türkiyəyə dəvət etdim - Çavuşoğlu

Tarix: 10.02.2022 / 13:47  •   Oxundu: 89 dəfə  •  

ABŞ Dövlət katibi Entoni Blinkeni Türkiyəyə dəvət etdim. Qarşılıqlı səfərlər etmək barədə razılığa gəldik.
İDEALMedia.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Mövcud F-16-ların modernləşdirilməsi üçün danışıqlar davam edir. Əvvəlki illərlə müqayisədə ən azından ritorika baxımından heç bir gərginlik yoxdur. İndi daha çox və sakit dialoqumuz var. Bunları konkret addımlara çevirməliyik", - Çavuşoğlu bildirib.