İradə Gülməmmədovanın bacısı Ramellanın səhiyyə qanunları.
Tarix: 18.02.2022 / 18:52 •
Oxundu: 553 dəfə •
İradə Gülməmmədovanın bacısı Ramella səhiyyə qanunları.
15 saylı Birləşmiş Şəhər poliklinikasının baş həkimi Quliyeva Ramella Akif qızı rəhbərlik etdiyi poliklinikaya müraciət edən vətəndaşların o cümlədən Qarabağ Qazilərinə qarşı despot münasibət sərgiləməkdən çəkinmir. Şəxsi korporativ maraqlarını dövlət maraqlarından üstün tutan Ramella Quliyeva çoxsaylı vətəndaş şikayətlərinə baxmayaraq işində heç bir dönüş etmir və “get hara istəyirsən şikayət et” qanunları ilə öz məsuliyyətsiz davranışını hələdə sərgiləməkdədir. Qarabağ qazisi Asiman Əliyev dəfələrlə baş həkimin yanında olduğunu və tibbi yardım almaq hüququndan istifadə etmək istərkən baş həkimin şəxsən özü tərəfindən ona qarşı edilmiş hörmətsizliklərdən bəhs edir və tədbir görülməsindən ötrü dövlət başçısı İlham Əliyevə və İDEAL-a etdiyi müraciət üzrə tədbir görüləcəyinə ümidlidir.
Sual edirik:
Qaraçuxur qəsəbəsində yaşayan sakinlər bir qayda olaraq Sizə müraciət etməmişdən öncə Sizə pul verməli olduqlarını şövq-təbii özlərinə borc hesab edirlər.
Bəs Qarabağ Qazisinə qarşı sərgilədiyiniz amansız münasibətləri kimdir özünə borc hesab edən?
Cavid Camal
