Bu gün:


Cinsi zorakılığa qarşı Pakistan Prezidentinin şok addımı

Tarix: 26.11.2020 / 14:15  •   Oxundu: 229 dəfə  •  

Pakistanda qadınlara qarşı cinsi zorakılıq edən kişilər kimyəvi yollarla xədim ediləcək.
Azmedia.az xəbər verir ki, Pakistan Baş naziri İmran Xan məsələ ilə əlaqədar qanun layihəsini imzalayıb.
Qeyd edilib ki, qanun layihəsi parlamentdə müzakirə ediləcək və qəbul olunacaq.
İmran Xan ölkədəki qadınlara müraciət edərək, təcvüzə məruz qaldıqda bunu qorxmadan dilə gətirmələrini istəyib.
O, hökumətin zərərçəkənlərin hüquqlarını qoruyacağı sözünü verib.