Təhlükəsizliyin təminatı görüşü...
Tarix: 22.02.2022 / 21:56 •
Oxundu: 86 dəfə •
Bu gün Moskvada rəsmi səfərdə olan Prezident İlham Əliyev "Naməlum əsgər"in məzarını ziyarət etdikdən sonra Putinlə görüş başlayıb.
Vladimir Putin Azərbaycanda rus dilini dəstəklədiyinə görə İlham Əliyevə təşəkkür edib.
Putin deyib ki, Rusiya keçmiş Sovet respublikalarının suverenliyini dəstəkləyir, Ukrayna ilə bağlı vəziyyət isə bu ölkəyə xarici təsirlər səbəbindən istisnadır. Vladimir Putin Azərbaycanda rus dilini dəstəklədiyinə görə İlham Əliyevə təşəkkür edib.
İlham Əliyev bildirib ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik və qarşılıqlı fəaliyyət haqqında bəyannamə kifayət qədər genişdir.
Bəyannamə 40-a yaxın bəndi və müxtəlif sahələri əhatə edir.
Prezidentlər arasındakı 4 saatlıq görüşdən sonra imzalanan bəyannamədə vacib elementlərdən biri də rəsmi Bakı və Moskva bir-birilərinə qarşı təhlükə yarandığı halda birgə addımlar ata bilərlər.
Lakonik ifadə etsək, təhlükəsizliyin qarşılıqlı təminatı.
