Bu gün:


Borrell Rusiya rəhbərliyini hədələdi

Tarix: 24.02.2022 / 12:45  •   Oxundu: 92 dəfə  •  

Avropa Birliyi liderləri Brüsseldə keçiriləcək sammitdə AB-nin Rusiyaya qarşı hazırladığı ən sərt sanksiyalar paketini nəzərdən keçirəcək.
İDEALMedia.az xəbər verir ki, bunu AB baş diplomatı Jozep Borrell deyib.
“Biz ən sərt şəkildə cavab verəcəyik. Avropa Şurasının rəhbəri bu axşam AB sammitini çağırıb. Sammitdə indiyə qədər tətbiq etdiyimiz ən güclü sanksiyalar paketinin qəbulu üçün siyasi razılıq alınacaq”, - o bildirib.
Borrell qeyd edib ki, Rusiya rəhbərliyi görünməmiş təcridlə üzləşəcək.