Bu gün:


Rusiyada pandemiya fəlakəti

Tarix: 26.11.2020 / 14:41  •   Oxundu: 100 dəfə  •  

Rusiyada koronavirusa gündəlik yoluxma və ölüm pandemiya müddətində ən yüksək səviyyəyə çatıb.
Xəbər verilir ki, son sutkada 25 min 487 yeni yoluxma, 524 ölüm faktı qeydə alınıb.
Bununla da infeksiya daşıyıcılarının sayı 2 milyon 187 min 990, xəstəlik səbəbilə dünyasını dəyişənlərin sayı isə 38 min 62-yə yüksəlib.
Son sutkada aşkarlanan yoluxmaların 5511-də heç bir simptoma rast gəlinməyib.
Son 24 saatda sağalanların sayı 25 min 73 nəfər artaraq 1 milyon 685 min 492 olub.