Bu gün:


Cahid Bağcı: “Türkiyə Ukraynanı dəstəkləyir”

Tarix: 26.02.2022 / 13:11  •   Oxundu: 87 dəfə  •  

Türkiyə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.

İDEALMedia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı deyib. 
 
O bildirib ki, Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi müharibə qəbuledilməzdir: “Bu addım beynəlxalq hüquqa ziddir. Bu addım regionun sabitliyinə və təhlükəsizliyinə vurulan ağır zərbədir". 
 
Səfir qeyd edib ki, Türkiyə hələ də Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün vasitəçilik təşəbbüslərini davam etdirir: “Biz bu məsələnin diplomatik yolla həlli üçün əlimizdən gələni edirik".