Bu gün:


Rusiya qoşunları uşaq bağçasını raketlə vurdu

Tarix: 28.02.2022 / 10:27  •   Oxundu: 80 dəfə  •  

Ukraynanın Çerniqov ərazisinə bütün gecə boyu mərmilər düşüb.
 
İDEALMedia.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, artilleriya hücumu gecə saat 02:00 radələrində başlayıb.
 
Raketlər uşaq bağçasının yerləşdiyi binaya düşərək yanğına səbəb olub. Hadisə zamanı mərkəzi bazarda yerləşən mağaza və beşmərtəbəli yaşayış binasına da ziyan dəyib. Hücum zamanı bir qadın xəsarət alıb.