Bu gün:


Nazim İdeal: BAYRAMINIZ MÜBARƏK, ƏZİZ XANIMLAR!

Tarix: 07.03.2022 / 10:29  •   Oxundu: 282 dəfə  •  

8 MART-Beynəlxalq  Qadınlar  Günü  münasibətilə bütün deyil, bu ada haqq edən,öz adını büsbütün qoruyub saxlayan  ANA-BACILARI, ŞƏHİD  ANALARINI,XANIMLARINI, İDEAL  AİLƏSİNİN-bu günkü və keçmiş Xanım əməkdaşlarını, Dostluğumda olan Xanımları səmimi qəlbdən təbrik edirəm!
Onlara Şərəfli-Ləyaqətli-Qayğısız-Sevgi dolu mənalı günlər  arzu edirəm!


Çox təəssüflə qeyd etməliyəm ki, rəsmi-yalançı tarixin ritorikasından asılı olmayaraq, Ölkəmizdə çox cüzi istisnalar olmaqla,uzun illərdir ki,analoqsuz hökumətimiz "ictimai-siyasi fəal" (QıF) stiqması üzrə publikaya təqdim etdiyi "qadınlar" de-fakto, təyinatı üzrə istifadə və istismar edilən pozuqlardır.

Şəxsimdə deyə bilərəm ki,PA-ın sapıq boz rəhbəri Ramiz Mehdiyevin  sifarişi,marginal orqanların icraçılığı ilə sürgün edildiyim bütün dönəmlərdə istifadə və istismar olunanların hamısı, bütövlükdə 20 ədəd şərin  dişisinin arxasına arxa olmaqla azadlığım oğurlanmışdır!
O qadın ki, kim(lər)insədə əlində alətə çevrilib, polis-prokurorluq-məhkəmə dəhlizlərində "paykovoy" olaraq günahsız İnsanların şərlənməsində istifadə və istismar edilir və edilibsə artıq o qadın deyil, sürtgü materialıdı.

Onun vəzifəsi,pulu,şöhrət-şərəf ordeni olsada heç nəyə yaramır.

Çünki Qadının ismət və ləyaqətinin heç bir maddi varlıqlarla geriyə dönüşü yoxdur.

Bilirəm ki, bunun günahını kişilərdə görənlərdə var.
Bilinsin ki, nəfsindən başqa hər şeyini itirmiş  "qadın"  onları bu yola vadar edən,ətrafındakı,arxasındakı, şəxsiyyət vəsiqəsində ki,statuslu kişlərdən qat-qat kişidirlər!

Təsəvvür edin ki, şanlı və analoqsuz hökumətimiz arxasına arxa olduğu,mənə qarşı üzəduran etdiyi "qadınların" ən fəalları  girov saxlanıldığım C.Ç.M-nə təşrif buyurub, real həqiqətləri  yazılı  formada etiraf ediblər.
Yəqin ki, zaman vaxtı gələndə öz kitabını utana-utana oxuyacaq ! 
Və nakişi olduğunu şövq-təbbii etiraf edəcək !

Qadının qüruru onun ismətidir.
Qadının gözəlliyi onun qürurudur!
"Kişi kimi qadındır" kəlamına mübtəla olan qadın,həm də qadın deyil !

Cəmiyyətimizdə qadın problemlərinə məsul edilmişlərin demək olar ki,qadınlıq hissini itirdikləri üçün ölkə üzrə boşanmaların statistikası tragikazusdur!

Məhz bu kimi feminizm təşviqatın sayəsində xanımlar öz ərindən,qardaşından,atasından şikayət etməsində heç bir kompleks yaşamamaqdadır!

Hər bir Xanım düşünüb,xəyal etdiyinin arayışında olmalıdır!
Özünün,nəslində ki, Kişilərin adına görə,həmdə səbirli olmalıdır!

Necə ki, ay gecəyə səbir etdiyi üçün ağappaq oldu !
Gül  tikanla yoldaşlığa qatlanıb səbir etdiyi üçün ona çox gözəl bir rayihə və lətif rəng nəsib oldu !
 
Qadın-Xanım adına ləkə olan,üzəduranlıq missiyası üzrə yüklü edilmiş şərin dişiləri istisna olmaqla,

Bütün Xanımların bayramlarını təbrik edirəm!
Nə yaxşı ki, VARSINIZ !
QADIN  HƏYATDIR -HƏYAT  YOLDAŞIDIR-ANADIR-BACIDIR !

P.S:Qadın hərəkatının tarixi 1857-ci ildə Nyu-Yorkda qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.
Qadınlar bayramı Azərbaycanda da geniş qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri-iş günüdür.