Bu gün:


Hollandiya Rusiyanın 200 milyon avrodan çox aktivlərini dondurdu

Tarix: 18.03.2022 / 15:00  •   Oxundu: 98 dəfə  •  

Hollandiya Mərkəzi Bankının (DNB) sədri Klaas Knot, Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar çərçivəsində ümumilikdə 200 milyon avrodan çox Rusiya aktivini dondurduqlarını açıqlayıb.
İDEALMedia.az xəbər verir ki,  Hollandiyanın ictimai yayımı NOS-un Nieuwsuur proqramında iştirak edən Knot, Avropa Birliyinin (Aİ) sanksiya siyahısında yer alan Rusiya fiziki və şirkətlərinin hesablarında dondurulmuş aktivlərin 200 milyon avronu keçdiyini bildirib.
Knot, Belçikanın dondurduğu Rusiya aktivləri ilə müqayisədə bu rəqəmin çox aşağı olmasının səbəbi kimi ölkədəki Rusiya varlığının Belçikadakından qat-qat az olmasını göstərib.
Rusların Hollandiyadakı bank hesablarında dondurulan pul məbləğinin arta biləcəyinə diqqət çəkən Knot, Hollandiyanın maliyyə naziri Siqrid Kaaqın Hollandiyada dondurulan Rusiya varlıqlarının 6 milyon avro olduğu açıqlamasının tamamlanmadığını bildirib.
Aİ-nin Ukraynaya hücumuna görə Rusiya və Belarusu hədəf alan sanksiya siyahısında aktivlərin dondurulması, səyahət və maliyyə qadağaları da daxil olmaqla 862 şəxs və 53 təşkilat var.
Siyahıya bəzi banklar və şirkətlər, çoxlu sayda iş adamları, dövlət rəsmiləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin və deputatlar daxildir.
Sözügedən siyahını daha da genişləndirmək üçün səylər davam edir.