Bu iki ölkə təyyarə qəzasına görə Rusiyanı məhkəməyə VERDİ
Tarix: 14.03.2022 / 16:06 •
Oxundu: 146 dəfə •
Avstraliya və Hollandiya 8 il əvvəl Malayziya Hava Yollarına məxsus MH17 təyyarəsini vurması ilə bağlı Rusiyanı məhkəməyə vermək qərarına gəlib.
İDEALMedia.az xəbər verir ki, Avstraliyanın baş naziri Skott Morrison və xarici işlər naziri Marise Payne verdiyi açıqlamada 298 adamın, ümumilikdə 38 avstraliyalının həyatını itirdiyi hadisədə Rusiyanın məsuliyyət daşıdığını və Beynəlxalq Mülki Məhkəmədə Hollandiya ilə ortaq hüquqi prosesin başlatıldığını açıqlayıb.
Belə ki, Marise Payne 2018-ci ildən bəri əldə etdikləri dəlillərin təyyarənin vurulmasından Rusiyanın məsuliyyət daşıdığını göstərdiyini və Hollandiya ilə birlikdə aldıqları qərarın əhəmiyyətli bir addım olduğunu bildirib.
Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 84-cü maddəsi üzrə birgə işə dörd şübhəlinin fərdi cinayət məsuliyyətinə görə mühakimə olunduğu Hollandiyada qətl hadisəsindən ayrıca baxılacaq.

17 iyul 2014-cü ildə Amsterdamdan Kuala-Lumpura uçan MH17 reysi beynəlxalq müstəntiqlər və prokurorların fikrincə, Ukraynanın şərqindən atılan Rusiya istehsalı raketlə vurulub.
Avstraliya və Hollandiya Rusiyadan təzminat və üzr istəməsini tələb ediblər. Lakin Moskva administrasiyası isə iddiaları təkzib edib.