Bu gün:


Nazim İdeal: Bu dünyada Məni təəccübləndirəcək heç bir şey yoxdur !

Tarix: 19.03.2022 / 11:49  •   Oxundu: 194 dəfə  •  

İnsan yaşada bilmədiyi günlərin sadəcə başdaşıdır.
Totalitarizm (hətta əxlaqın belə kompetensiyaya daxil edildiyi üsul-idarə) üsul idarəçiliyilə idarə edilən rejimlərdə əsas prioritetlər HƏQİQƏTİ  qeyri-ciddi adamların ağızları, ƏXLAQI əxlaqsızın, VƏTƏNPƏRVƏRLİYİ  fərarilərin, AZADLIĞI bütün şüurlu həyatı boyu sınmış-əzilmiş-əyilmiş gəda-güdalara həsr edilmiş  bayağı meyxanaların sədaları altında kütlə şüuruna simulisiv asimllyasiya etdirməkdən zövq alıb.

MƏN ÖZ  MÜBARİZƏMDƏN,  ƏZABLARIMDAN  ZÖVQ  ALDIĞIM  KİMİ...

Bu gün BÖYÜK  ZONA  buraxıldığımın 2-ci ilidir!
Sutenerlər AZADLIĞIMIN-GƏNCLİYİMİN  11  yılını yedi.

10 yıl günə-gün Xüsusi rejimli həbsxanada 5 kvadrat metrlik kamerada tək qaldım.

Sahibsiz ruhların dolaşdığı OSOBININ  2-ci korpusunun 4-cü kamerasında İDEAL PRESS.az; EXPROMT.az  Saytlarını yaratmaqda ittiham edildim və  16 aprel 2016-cı yıl tarixdə Osobının rəisi qaçay aslanovun kabinetində 7 ədəd "təhlükəsizlik orqanları"nın əməkdaşları başıma odlu silah dayadı ki, Saytı Bağla....?!

Blef iddiaları rədd etdim.

Ədliyyə Naziri Fikrət Məmmədovun məktubuna uyğun olaraq Ramin Quluzadə Saytları blokladı.

Mənimlə Dövlət içində öz faşist rejimini qurmuş konsentrik dairələr arasında müharibə bununla bitmədi.

Fövqaladə vəziyyətdə bir neçə dəfə Mədət Quliyevin DTX-na gətirildim;

İsterikadan şəkərləri yatmayan kriminal dairələr 09 May 2016- 11.12.2016-cı yıl tarixədək 4-cü korpusun 14-cü kamerasında  Prezident Administrasiyasının sapıq rəhbəri Ramiz Mehdiyevin, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdri qapançı Əli Həsənovun, deputat Sabir Rüstəmxanlının arvadı Tənzilənin "Xüsusi İttiham" qaydasında şikayətləri üzrə 09.12.2016-cı yıl tarixdə Bakı Şəhəri,Nəsimi Rayon Məhkəməsinin hakimi MSK Sədri Məzahir Pənahovun qardaşı oğlu Pənahov Babək Əkbər oğlunun çıxardığı hökm üzrə 06 ay cəza müddətim artırıldı....

Yəni İNKVİZİSİYANIN  şər ideologiyası hesab etdi ki, Mən 5 kvadrat metrlik kamerada oturub Sayt yaratmışam, yazıları həmin kameradan transfer etdirmişəm, gecələr səmadan kamerama notebooklar, internet provayderlər və.s, gəlir və səhər açılan kimi gözəgörünməz olur...

2018-ci ilin martında Penitensiar Sistemdə "Cəza Siyasətinin Humanistləşdirilməsi" (10.02.2017) Sərəncamına müvafiq olaraq cəzamdan 2 il götürüldü, rejim dəyişdirildi və 11 Saylı "ciddi rejimli" c.ç.m-ə gəldim.
1250 məhkum saxlanılsada cəmi 100 nəfərə yaxın öz statusuna və iradəsinə uyğun şəxs görmək olurdu.
"Ən yaxşı oğlan" rəis vəlinin narkotik vasitələrinin realizasiya edən bariqalar idi....
Bariqaların böyük əksəriyyəti "TSH"-də dincəlirdi.
Nə isə...
2018-ci yılın İyun ayında məlumat verildi ki, təyinatlı deputat, "Malibo" MMC-in sahibi Əsabil Qasımov mülkiyyətimdə olan 1900-cü ildə inşa edilmiş
1993-cü ildən mülkiyyətimdə olan Ə.Topçubaşov 96 ünvanındakı qeyri-yaşayış obyektimi uçurub yerlə yeksan edib.

Məndə Prezident İlham Əliyevə intensiv müraciətlər edirdim ki, ANA Qanun hesab edilən Konstitusiyanın anasını, 7-12-13-24-25-29-31 adlı övladlarını Kubinkada qətlə yetiriblər İstintaq edilsin, tədbir görülsün....

Məlum oldu ki, Penitensiar Sistemə də Əsabil Qasımov rəhbərlik edirmiş!?

11 Saylı narkotika bazarının narkobaronu Vəli Şirinov bir neçə dəfə Mənimlə görüşüb yazılarımı saxlamağımı xahiş etdi və əlavə etdi ki, rəisimin rəisinin rəisinin rəisi bizi .....zorlayır və yazıların dayandırılmasını tələb edir.

Məndə vəlini başa saldım ki, Mənim mülkümün bir daşını uçurdanın sülaləsinin təməlini uçuracam...

Ardınca vəli mundirlərindəki "haqq-ədalət tərəzisinin" mahiyyətini bazar tərəzisindən ayırd edə bilməyən penitensiar dilənçiləri bir neçə dəfə otağımı şmon etməyə göndərdi, qələmlərimi, kağızlarımı aparıb yığdırdı müavini narkomanların mamaşası polkovnik ilqar mirzəyevin kabinetinə...

Xeyri olmadı....

Səhər yoxlanışında əməliyyat şöbəsinin 2 ədəd gədəçələri (rəis elnur,müavini vasif) yaxınlaşıb dedilər ki, rəis Sizinlə görüşmək istəyir.
Gəldim.
Vəli İmişlili bildirdi ki, Sizi zona buraxa bilmərəm.Çün ki, təhlükə gözlənilir.
Dedim ki, bilirəm istər kiçik,istərsə də böyük zonlarda bütün hakimiyyət resurslu cinayətkarlara, üzdəniraqlara, qəhbələrə təhlükəyəm.

Vəli Şirinov: "Qadan alım,düz sözə nə deyim.Sizin yeriniz bura deyil, Milli Məclisin Sədri postudur..."

Vəli buyruq quludur.Nə olsun ki, polkovnikdir,rəisdir,narkobarondur, hər ay rəisinin rəisinin arvadının,qızının təlabatı üçün 300.000 aylıq verir. 
Bunu özü bir neçə dəfə onu islah edərkən etiraf edib.

2 günlük ümumi əsaslarla kars, üçüncü günü Müalicə Müəssisəsi adıyla 15 Saylı Cəbrayıllı Tahir Yusifovun rəis, Bərdəli Eldəniz Həziyevin rəis müavini olduğu papanin talkuçkasına gətirildim.

Məni elə qarşılayırdılar ki, san ki, erməni girovluğunda istismar edilən zənən xaylaqlarının başlarının ipdən açılmasına fərman verənəm.

Guya ki, bu debillər ənkə böyüklərinə məndən aldıqları informasiyanı ötürməkdən ötrü iş görürlər...

Məndə Sistemin katlavanından damına qədər nə lazımdırsa suvayırdım ki, "gecələr rahat yatsınlar".

Əsas dərdləri yazı dərdi idi...
Əsas dərdləri "Malibo" MMC, Narkotika bazarında baş verənləri tərəfimdən susqunluqla qarşılama istəyi idi...

İmtiyazlı yaşayışın çeşidlərinə kimi raport verirdilər və gözümdə alçaldıqca alçalırdılar.

Axı hər kəs bilir ki, Mən Qüruruma görə konfort yaşayışımdan imtina etməyi tərəddüdsüz gözaltına almış İNSANAM!
Bu dünyada Məni təəcübləndirəcək bir şey yoxdur!

Gəzinti zamanı rəis gələrkən Mənim ayağa qalxmamağımı bəhanə gətirib 7 sutka kars verdi Tahir Yusifov.
Karsda qonşu kamerada saxlanılan erməni diversant Arsen Baqdasariyanı təhqir etdiyimə görə 15 sutka və beləliklə 150 gün qələm-kağızsız qaldım. 
Məni yaşadan, təsəlli verən,ən sadiq dostum,sirdaşım,mübarizə Qardaşlarım KAĞIZ və QƏLƏMSİZ  150 gün.(09.09.2018-09.02.2019...)

Sutenerlərin direktivləri üzrə karsda olduğum 150 gün müddətində 17 dəfə 35 tomluq "şəxsi iş"imə töhmət yazılıb.

Dedilər ki,hazırlaş məhkəmən olacaq və barəndə həbsxana rejiminə keçirilmə ilə bağlı müəssisənin təqdimatına baxılacaq.
Hazırlaşıb çıxdım və hakim Tağı Əhmədovun oğlu Rauf, vəkil keçmiş vəkilim Cavad Cavadovun atası Yusif Cavadov idi...
Autentik hakimin davranışı  "xoş təsir bağışladı."
Yəni ki, hakim bildirdi ki, həbsxana rejiminə keçirilməsi üçün yazılanlar çox azdır və artırmaq lazımdır, töhmətləri...

Növbəti Məhkəmə zamanı salfetka üzərində spiçka qarası ilə yazdığım "vəsatəti" Raufa təqdim etdim...

Son nəticədə həbsxana rejiminə keçirilməyimlə bağlı 6 aylıq qərar verildi...

Cəzamı Qobustan həbsxanasında deyil, Osobının həbsxana kamerasında çəkməli oldum.

Və yazılarım nəticə verdi....

Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məsul əməkdaşları 3 dəfə Mənimlə görüşdükdən sonra "Malibo" MMC barədə cinayət işi başlatdı....

6 aylıq həbsxana müddətim bitdi və bu dəfə Mən 1 Saylı Cəzaçəkmə müəssisəsinə gətirildim.

Müəssisənin rəisi Həsənov Emin Ədalət oğlu-zloy narkoman;

Müavini Çingiz Hadıyev Osobıda işləyib. ABU-un testdənkənar  məzunu və bu adam mübaliğəsiz şizofrenikdi...Barəmdə rəisə hər şeyi danışıbmış;

Rəisin tərbiyyəsiz işlər üzrə müavini Elşad Quliyev.Arvadı hesabına vəzifədə qalan eliş bir vaxtlar 17-ci zonda rəisi əvəz edərkən, imkanlı dustaqlardan birinin toyunda  "dolya vorovskaya"nın sədaları altında oynadığına və video görüntülərə görə çıxdaş edilsə də arvadı problemi "po svoimi" həll etmişdir...

6 aydan sonra təqdimatım verildi ki, məhkəmə yoluyla böyük zona buraxılım...

Dedilər ki, Prezident Aparatı "dobro" vermir hələ...

3 aydan sonra yenidən dəvət edildim və əməllərinə çox yaxından bələd olduğum 9 nəfər cinayətkar ard-arda sual verdi və yekdilliklə məhkəməyə təqdimatıma müsbət rəy verildi.

Prezidentin 03.04.2019-cu il tarixli "Məhkəmə Hüquq Sistemində İslahatların dərinləşməsi" sərəncamına əsasən, monitorinq komissiyası müsbət "rəy" vermiş şəxs məhkəmə tərəfindən kəsilməsi haqqı sıfırla sıfır arasındadır.

Yəni ki, Sistemin başında oturan cinayətkarlar hesab edirlər ki, bu şəxs artıq "islaha qədəm qoyub" və azadlığa buraxıla bilər.

Müsbət təqdimatdan sonra Məhkəməyə çıxdım.Yenədə hakim rolunda Rauf Əhmədov çıxış edirdi...
Komissiyanın təqdimatı oxunduqdan sonra, prokuror sual verdi,cavabını aldı.Sonuncu sualı aranı qatdı...

Prokuror: İnanaq ki, birdə cinayət törətməssiz və belə yerə düşməzsiz...

-Qanunların, vicdanın,şərəfin,ləyaqətin,mənliyin,dövlətçilik ideallarının köləliyə salındığı, alqı-satqı predmetinə çevrildiyi bir ölkədə namuslu İnsanların ən abırlı yeri məhz məhbəsdir.
Cənab prokuror bu sistemdə Məni islah edə biləcək idrakda, zehniyyətdə ola biləcək şəxs görmədim bu 11 ildə.
VƏ Məndə inanmaq istərdim ki, gələcəkdə məhkumların azadlığa buraxılması adıyla prokurorun haqqı deyilən xəracda kasıbları,yetimləri nəzərə alassız...

Ara qarışdı, rəis narkoman yoxa çıxdı...

Və mən islahla istismarın fərqini qanmayan rüşvətxorların "imtahanından" kəsildim.

Bu anda Məni qayğılandıran tək faktor....?!

Kaş ki, Mənə görə heç kəs əzab çəkməyəydi...

Dünyaya göz açdığım Vətənim və Mən girovluqdayıq.

Cəzamın sonuna 11 ay qalmışdı və  bu günlərimin səmərəli keçməsi üçün əvvəlki kimi məşq-ibadətimə davam edirdim...

Nizami Məhkəməsinin qərarından Apellyasiya şikayəti verdim.
Zərrə qədər inanmadığım halda, Bakı Apellyasiya Məhkəməsi bu gün,yəni 19 Mart 2020-ci yıl tarixdə barəmdə girovluqdan azad etmə barədə qərar qəbul etdi....

Mənim həbsimdə üzümə duranlar:

1. Tənzilə Rüstəmxanlı-deputat Sabir Rüstəmxanlının arvadı;
2.Ata Abdullayev-rejimin bllogeri;
3.Adilə Məmmədova-"Turan" partiyasının sədri Cahandar Bayoğlunun bacısı;
4. Şeyla Yusifova-Ata Abdullayevin anası;
5.Səbirə Mahmudova-Tərtərin həcəri;
6.Ella Xaçaturyan-"Azərbaycan" Mehmanxanasının administratoru;
7.Havanisə Abdullayeva-İdealın sabiq süpürgəçisi;
8. Elmira Hüseyinli-ABU Elşad Abdullayevin baldızı,Hüseyinbala Mirələmovun kirvəsi;
9.Natəvan Mehdiyeva-Hadı Rəcəblinin katibəsi Aytacın bacısı,"son söz" adlı qəzetin başçısı;
10.Göyçək Ağalarova-Tənzilənin cəmiyyətinin üzvü;
11.Zara Balayan-"Azərbaycan" Mehmanxanasının administratoru;
12.Gülnar Əmirova-Tənzilənin cəmiyyətinin üzvü;
13....

Haykimilər: 1.Orucov Azər Kəlpəli oğlu;
2.Ramazanov  Camal Çuma oğlu;
3.Nəsibov Hafiz Qənbər oğlu.