"Putin bizi məhv etməklə özünü məhv edir" - Zelenski
Tarix: 22.03.2022 / 12:48 •
Oxundu: 503 dəfə •
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə Krım və Donbası müzakirə etməyə hazır olduğunu bildirib.
İDEALMedia.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Zelenski işğal olunmuş Krımın və Donbasın Ukraynanın nəzarəti altına qaytarılması məsələsini “hamı üçün çətin tarix” adlandırıb. O qeyd edib ki, Putinlə Krım və Donbası müzakirə etməyə hazırdır.
"Orada hansısa çıxış yolu tapmaq üçün siz bu ilk addımı atmalısınız: təhlükəsizlik zəmanətləri, müharibənin sonu. Çünki hər şey qaynardır. Bu mərhələ bitəcək, ondan sonra danışaq. Rusiya Prezidenti ilə ilk görüşdə mən bu məsələləri qaldırmağa hazıram - işğal olunmuş ərazilərlə bağlı, onlar aktualdır, bizim üçün vacibdir”, - Zelenski vurğulayıb.
“Əminəm ki, görüşdə bu qərar verilməyəcək. Çünki, tam səmimi desək, təhlükəsizlik təminatları məsələlərində konstitusiya dəyişikliklərindən də danışacağıq", - Ukrayna lideri sözlərinə əlavə edib.
O, həmçinin bildirib ki, Putinlə hazırda görüş olacağı təqdirdə heç bir çağırışlar və tarixi çıxışlar olmayacaq:
"Mən onunla dövlətimizin gələcək risklərinə yer qoymadan bütün məsələləri ətraflı müzakirə edəcəyəm. Rusiya Federasiyasını çaşdıran və narazı salan hər şeydən keçməyə çalışacağam və Ukrayna xalqının düşündüyü hər şeyi ətraflı deyəcəm. İmkanım və Rusiyanın istəyi olsa, biz bütün məsələləri həll edəcəyik. Hamısını həll edəcəyikmi? Yox. Amma heç olmasa müharibəni dayandırmaq şansımız var. Qərar olmadan bu mümkün deyil".
Zelenski "Putin bizi məhv etməklə özünü məhv edir", - deyərək fikrini tamamlayıb.