Bu gün:


ƏLİL VƏ ZƏLİL EDİLMİŞ MİLLİ QANUNLAR...

Tarix: 28.03.2022 / 11:30  •   Oxundu: 128 dəfə  •  

Məmur oliqarxlar nədən Xalqımıza qarşı ermənizmin törətdiklərini təkrarlayırlar?!
Niyə Prezident İlham Əliyevin publikaya açıq tekstlə bəyan etdiyi ifadə və sözlərini hörmətsiz və nüfuzsuz hala gətirilir, bumeranq yaşadılır?
NİYƏ.....

İstər milli,istərsə də beynəlxalq qanunların dispozisiyasında  Vətən-daşın əmlakına qəsb etmək, uçurub yerlə-yeksan etmək vandalizm aktı olaraq qəbul olunur və lənətlənir.

Necə ki, El-Obalarımızı tarimar etmiş ermənizm kimi...

Və həmdə Prezident bildirmişdir ki, hər kəs qanun qarşısında bərabərdir və məsuliyyət daşıyır!

General Mirzəli Orucovun oğlu Rüstəmin, erməniyanlı Həsənov Əlinin nəvəsi Nailin və.s, timsalında bunada şahidlik etdik.

Sonra nə oldu???

Lap son versiyaların cüzi bir hissəsinə yaddaş verim.

Reket və me-dallı süləntilərin ("jurnalist") professoru qapançı əli həsənovun ortağı, hazırda atabdullayevin "xlebniki" Prezident yanında KİVDF-ın həbsdə olan icraçı direktoru Bakı Ağır Cinayətlər məhkəməsində bir neçə dəfə xislətindən dolayı işverənlik edərək bildirmişdir ki, baslb yediyi dövlətin pullarını məhz əli həsənovun direktivləri üzrə həzm rabedən keçirib.
Yəni özbaşına heç bir tənzilə yeməyib.O zaman əli həsənovun hələ də azadlıqda qalması hansı dövlətin qanunları ilə tənzimlənir???

Və yaxud da hər həftə nətavan mehdiyevaya,rəmziyə abdullayevaya,elşad abdullayevə, şenoka, ata abdullayevə, şeyla yusifovaya qoşulub Məndən qaralov za-kirə şikayət yazan və vüqar səfərli həbs edildikdən sonra məsciddə şəkil çəkdirən am şurasının sədri amaşov əflatın NİYƏ hələ də azadlıqdadır?!

Axı Əli-Vüqar-Əflatın bütün tədbirlərdə eyni qımışmanın sinxromunu sərgiləyərdilər!

Bəlkəm amaşov və ya həsənovları MTN şefi Eldar Mahmudovla səhv salıblar!

Burası korlar şəhəri deyil, küləklər şəhəri BAKIDIR!

İkinci və son günlərin ən populiyar sifətlərindən biri-Əsabil Qasımov!

Adamın monopoliyasında olmayan gəlir sahəsi yoxdur.
Undan,makarondan,otel-moteldən,avtoservizdən başlamış malibo evyıxma mmc-nə kimi...

Əsabil onunla razılaşmayan Bakı Şəhəri, Nəsimi Rayonu,Ə.Topçubaşov ünvanında yaşayan 50 ailənin ata-babasından qalma 100 illik mülklərini verib bulduzerin qabağına yerlə yeksan edib.

Mülkləri dağıdılmış ailələrin şikayətlərinə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi baxıb?!

Vandalizm aktı İdarə tərəfindən ARCM-in 186,188,308-ci maddələrinə tövsüf edilib və məsuliyyətə yenə də parkovşik, daha doğrusu bu işə heç bir aidiyyatı olmayan 18.02.1963-cü il təvəllüdlü 2-ci qrup əlil  Əliyev Natiq Əli oğlu və 08.08.1986-cı il təvəllüdlü Sadıqov Nicat Ramiz oğlu cəlb edilib.
27.11.2019-cu il tarixli Bakı Şəhəri,Nəsimi Rayon Məhkəməsinin 1(006)-213/2019-cu il tarixli "hökmü" ilə hər iki şəxs şərti azadlığa buraxılmışlar!?

Rüşvətin,direktivlərin,sifarişin, diskriminasiyanın,ortaqlığın, anarxizmin "gücünü";

Milli qanunlarımızın və gözü bağlı Femidanın Ədalətin toyunda dövlət xədimləri tərəfindən hansı rakurslarda  zorlandığını görürsünüzmü?

Abreviaturalar vicdan yaratmır, əksinə minlərlə İnsan diskriminasiyanın,ikili standartların abreviaturasını qəlblərində gəzdirir!

Bildiyim qədər baş vermiş vandalizm cinayətini Dövlət adından  ört-bastır etmiş sapıq ortaqlar nəyin bahasına olursa-olsun hazırda Prezidentin, Baş Prokurorluğun, Bakı Şəhər Prokurorluğun nəzarətində olan və Nəsimi Rayon Prokurorluğunda araşdırılması davam etdirilən cinayət işi üzrə blef variantlar üzərində vurnuxmaqdadırlar.