Rusiyalı hərbçilər kütləvi şəkildə Ukraynada döyüşməkdən imtina edir...
Tarix: 07.04.2022 / 17:05 •
Oxundu: 152 dəfə •
Rusiyanın hərbi komandanlığı hərbi hissələrdə üsyanların baş verməsindən əndişələnir
Rusiyalı hərbçilər get-gedə Ukraynada döyüş əməliyyatlarında iştirak etməkdən imtina edir.
Məsələn, Pskovdan olan desantçılar qonşu ölkədə döyüşməkdən imtina edib, baxmayaraq ki, onlar cinayət məsuliyyətinə cəlb edilə bilər.
İDEAL Media.az xəbər verir ki, bu barədə Rusiyanın "Pskov quberniyası" Teleqram- kanalı məlumat yayıb.
Söhbət gedən desantçılar Rusiyanın hərbi müdaxiləsi başlanandan Ukraynada olub. Sonra onları qonşu Belarusa aparıb, daha sonra Pskova, dislokasiya yerinə yenidən qruplaşdırılması üçün geri qaytarıblar. Orada onlarla hərbçi Ukraynaya yeni "ezamiyyət"dən imtina edib, səbəbləri dəqiqləşdirilməyib.
Bu hərbçilərin böyük hissəsi hərbi xidmətdən tərxis edilir, bəzilərinə cinayət işlərinin açılması ilə hədə- qorxu gəlirlər.
Öz növbəsində Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı rusiyalı hərbi qulluqçularının kütləvi şəkildə "xüsusi hərbi əməliyyat"da iştirak etməkdən imtina etməsi barədə məlumat verib.
"Rusiya hərbi birləşmələrinin bir hissəsi Rusiyanın Ukrayna ilə sərhəddində yerləşən ərazilərində çadır şəhərciklərində yerləşib. Hərbi qulluqçular Ukraynada gələcək hərbi əməliyyatlarda iştirak etməkdən imtina edir. Bu kadrların mənəvi- psixoloji durumu aşağıdır və pisləkməkdə davam edir", - Baş Qərargahın məlumatında belə deyilir.
Ukrayna hərbçilərinin məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin komandanlığı öz hərbi bölmələrinin əlavə qüvvələrlə formalaşdırmaq pobleminin həllinin axtarışını davam edir.
"Rusiyanın hərbi komissarlıqları 2012- ci ildən sonra hərbi xidmətdən tərxis edilən və sürücü, sürücü- mexanik, kəşfiyyatçı, kiçik komandir hərbi- uçot ixtisasları olan hərbi qulluqçularla işi fəallaşdırıb. Orduya çağırışın rəsmi səbəbi bu ixtisaslar üzrə 3 ay müddətində təlim toplantısının keçirilməsidir", - USQ Baş Qərargahının məlumatında belə deyilir və əlavə edilir ki, Rusiya komandanlığı tanınmamış Dnestryanı bölgəsində fəal təbliğat işi aparır.
Əvvəllər məlumat verilib ki, Rusiya komandanlığının Cənubi Osetiyadan Ukrayna müharibəsinə göndərmək istədiyi hərbçilər döyüş əməliyyatlarında iştirak etməkdən imtina edib. Bundan başqa, digər hərbi birləşmələrdə də belə hallar geniş yayılıb.
Rusiya rəhbərliyi Ukraynaya qarşı döyüşməkdən imtina edən şəxsləri cinayət işləri ilə təqib etməyə cəhd edir, amma kütləvi hallarda intizam cəzalarının verilməsinə məcbur olur.
Səbəb isə Rusiya qoşunlarında gerçək əhval- ruhiyyənin üzə çıxacağı və bunun da Rusiya hərbi hissələrində üsyanlara gətirib çıxaracağı qorxusudur.