Bu gün:


İstanbulda silah anbarında partlayış olub

Tarix: 08.04.2022 / 10:10  •   Oxundu: 49 dəfə  •  

Türkiyənin İstanbul şəhərində Quru Qoşunları Komandanlığının Tuzla Piyada Məktəbi kampusunda partlayış baş verib.
 
Hadisə yerli vaxtla gecə saat 02:00 (Bakı vaxtı ilə gecə saat 01:00) radələrində 41-ci Texniki Xidmət və Təmir Departamentinin Ar-Ge bölməsində silah-sursat anbarında baş verib, bunun ardınca yanğın başlayıb.
 
İstanbulun bir çox yerində eşidilən partlayış səsləri narahatlıq doğurub.