Şotlandiyalı azyaşlı qız millimizə dəstək oldu
Tarix: 08.04.2022 / 15:10 •
Oxundu: 81 dəfə •
19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası (U-19) Şimali İrlandiyada Farer adaları ilə keçirilən Avropa çempionatının seçmə oyununda xoş sürprizlə qarşılaşıb.
Oyunu izləyən şotlandiyalı ailə millimizə dəstək olub.
Ailənin balaca üzvü Emili isə oyundan öncə bayrağımızın şəklini A4 vərəqinə çəkərək hədiyyəni U-19-un üzvlərinə təqdim edib. Millini Şimali İrlandiyada müşayiət edən U-17-nin baş məşqçisi Zamir Həsənov Emili ilə şəkil çəkdirib.
Zamir Həsənov bu haqda deyib: “Şotlandiyadan olan balaca dostumuz Emili oyundan öncə öz əlləri ilə çəkdiyi Azərbaycan bayrağını bizə dəstək olmaq üçün hədiyyə verdi. Oyun vaxtı da ailəsi ilə bizi dəstəkləməyə gəlmişdi. Dilindən, dinindən asılı olmayaraq, sevgi, hörmət, mərhəmət Allahın bizə verdiyi nemətdir, çoxlu istifadə edin”.
Qeyd edək ki, millimiz qrupdakı ilk oyununda Farer adalarına 2:0 hesabı ilə qalib gəlib. U-19-un heyətində Aysun Muradova və Pərvin Səfərəliyeva fərqləniblər.