Bu gün:


Deputat Jalə Əhmədova haqq yoluna qayıtdı

Tarix: 12.04.2022 / 09:50  •   Oxundu: 128 dəfə  •  

Milli Məclisin deputatı Jalə Əhmədova “Vinq Çun” döyüş sənəti federasiyasındakı vəzifəsindən istefa verib.

İDEAL Media.az-ın əldə etdiyi məlumata əsasən, J.Əhmədova artıq vəsiqəsini təhvil verib.

Bildirək ki, deputat 2018-ci ildən həmin federasiyanın birinci vitse-prezidenti vəzifəsini tuturdu.

Millət vəkilinin istefasına səbəb onun Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədardır.

Jalə Əhmədova deyib ki, “Vinq Çun” federasiyasının inkişafı üçün əlindən gələn dəstəyi göstərib.

“Ancaq mən düşündüm ki, bundan sonrakı fəaliyyətimi autizmdən əziyyət çəkən uşaqlara yönəldim”, - deyə o əlavə edib.

Qeyd edək ki, Jalə Əhmədova həm də “Vinq Çun” federasiyasının təsisçisidir.