Kür-Araz ovalığında bataqlıqların sayı artır
Tarix: 30.11.2020 / 12:54 •
Oxundu: 84 dəfə •
Müşahidələr göstərir ki, Kür-Araz ovalığında səth sularının düzgün idarə olunmaması bir sıra hallarda bataqlıq, bataqlıq-çəmən və çala-çəmən ekosistemlərinin artmasına şərait yaradır.
Asmedia.az xəbər verir ki, bunu AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib.
Onun sözlərinə görə, bunu xüsusilə Mil düzündə yerləşən Ağgöl və onun ətrafında baş verən təbii-antropogen proseslərdə aydın görmək mümkündür. Əraziyə aid müxtəlif illərdə çəkilmiş kosmik şəkillərin və topoqrafik xəritələrin təhlilindən də məlum olur ki, son 30-35 il ərzində Ağgöl və onun ətrafında formalaşmış bataqlıq və bataqlıq-çəmən kompleksinin sahəsi 2 min hektar artıb.